Bu işçilərin maaşı artırıla bilər

Bu işçilərin maaşı artırıla bilər
22:12 12 Yanvar 2016
135 Digər
Ölkə mətbuatı
A- A+

Son vaxtlar ölkədə baş verən iqtisadi proseslər əhalinin aztəminatlı təbəqəsinin sosial təminatı məsələsini daha da aktuallaşdırıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, baş verən inflyasiya fonunda gəlirlərlə bazar qiymətlərinin uyğunsuzluğu əmək haqları və pensiyaların artırılmasını labüd edir.

Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunmuşdu.

"Bu il pensiya və əmək haqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılmışdır. Böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə, pensiyaların və əmək haqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır", - deyə prezident çıxışında bildirmişdi.

İqtisadçı mütəxəssis Oqtay Haqverdiyev 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranmış vəziyyəti şərh edərək bildirdi ki, indiki halda pensiyaların artırılması daha realdır. Onun fikrincə, pensiyalar inflyasiyaya uyğun olaraq, ən azı 3 faiz artırılacaq.

Amma iqtisadçı əmək haqları ilə bağlı bunu deməkdə çətinlik çəkdi:

"Hesab edirəm ki, əmək haqlarının artırılması məsələsində hökumət olduqcə qəliz vəziyyətlə qarşılaşacaq. Bunun üçün dövlət büdcəsinə yenidən baxılmalıdır. Amma büdcədəki vəziyyət də göz qabağındadır. Neftin qiyməti günü-gündən enməkdədir. Bu baxımdan əmək haqlarını artırmaq asan olmayacaq".

Ekspertin sözlərinə görə, əmək haqqı artırılsa belə, bu, yalnız büdcədən maliyyələşən təşkilatlarda çalışan insanlara aid olacaq. Bu da təxminən 1 mln 300 min nəfərdir. Amma əhalinin çox hissəsi büdcədən maliyyələşməyən idarə və təşkilatlarda çalışır ki, onların məvacibləri sual altında qalır.

Millət vəkili Vahid Əhmədov da hazırda əhalinin əmək haqları ilə alıcılıq qabiliyyəti arasında disbalans yarandığı qənaətindədir. Millət vəkili ötənilki devalvasiyanın daha çox aztəminatlı ailələrə, təqaüd alan insanlara təsir etdiyini vurğuladı.

Odur ki, pensiya və əmək haqqının artırılmasını zəruri sayan Vahid Əhmədov deyir ki, bunun üçün düzgün mexanizm işlənilməlidir:

"Təbii ki, pensiya və əmək haqlarının artırılması üçün dövlət büdcəsinə baxmalıyıq. Büdcəyə adətən may-iyun aylarında baxırıq. Bu artımların hansı mənbələrdən edilməsinə diqqət yönəldilməlidir. Yəni, dövlət büdcəsi hesabına və ya ehtiyat fondundan, yaxud Neft fondundan olması məsələləri araşdırılmalıdır".

Ölkə başçısının tapşırığından sonra müvafiq dövlət qurumları yəqin ki, bu sahədə müəyyən tədbirlərə əl atacaq. Amma bunun nə qədər zaman aparacağı və necə reallaşdırılacağı məsələləri hələlik qeyri-müəyyəndir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Pakistan hərbçiləri Bakıda səfərdədir

20 Sentyabr 2017 18:54

Klassik musiqimizdə XƏZAN...

20 Sentyabr 2017 18:48

Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

20 Sentyabr 2017 18:47

200 manatlıq əsginaslar dövriyyəyə buraxılarsa... - RƏY

20 Sentyabr 2017 18:43

Qarın bölgəsindəki artıq yağlara SON

20 Sentyabr 2017 18:43

80 yaşlı kişi qəza törətdi: 3 nəfər yaralandı

20 Sentyabr 2017 18:40

Xaçmazda meşə yanğını başlayıb

20 Sentyabr 2017 18:39

Ekoloji qanunvericiliyi pozanlar 45 min manat məbləğində cərimələnib

20 Sentyabr 2017 18:37

Azərbaycan Prezidenti Malta dövlət başçısını təbrik edib

20 Sentyabr 2017 18:37

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

20 Sentyabr 2017 18:35

Tələbələr üçün ən rahat və asan iş imkanları - FOTOLAR

20 Sentyabr 2017 18:33

Azərbaycan Prezidenti Meksika xalqına başsağlığı verib

20 Sentyabr 2017 18:32

"Azərbaycanda bütün fundamental azadlıq tam təmin edilir" - İlham Əliyev

20 Sentyabr 2017 18:29

CEV-in vitse-prezidenti: “Cümə günü Bakıda anşlaq gözləyirik"

20 Sentyabr 2017 18:27

Emin Mehdiyev: “Yalnız qələbə haqda düşünməliyik"

20 Sentyabr 2017 18:27

Çempionlar Liqasının finalı bu şəhərdə keçiriləcək - SON QƏRAR

20 Sentyabr 2017 18:23

SON DƏQİQƏ: Xaçmaz meşələri yanır

20 Sentyabr 2017 18:21

"Neftçi" qələbə ilə başladı

20 Sentyabr 2017 18:19

Murad Bozla Aslı Enverin romantik rəqsi – VİDEO

20 Sentyabr 2017 18:18

Afaq Aslan bu dəfə “Yataqxana”da: “Seksual...” - FOTOLAR

20 Sentyabr 2017 18:18

Ermənistan 25 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır

20 Sentyabr 2017 18:18

UEFA Supek Kuboku İstanbulda keçiriləcək

20 Sentyabr 2017 18:14

Rusiya referendumla bağlı səssizliyini pozdu

20 Sentyabr 2017 18:14

Prezident İlham Əliyev: "Ermənistan danışıqlardan yayınır"

20 Sentyabr 2017 18:12

İlham Əliyev Malta Prezidentini təbrik edib

20 Sentyabr 2017 18:10

Xaçmazda meşədə yanğın başladı

20 Sentyabr 2017 18:08

Azərbaycan Xarici İşlər Nazirliyinin binası qarşısında tələbələr etirazını bildiriblər

20 Sentyabr 2017 18:07

Mərkəzi Bank sabaha olan məzənnəni

20 Sentyabr 2017 18:07

Prezident BMT tribunasından Ermənistanı işğalçı adlandırdı

20 Sentyabr 2017 18:04

2019-cu ildə UEFA Super Kuboku uğrunda oyun İstanbul şəhərində keçiriləcək

20 Sentyabr 2017 18:02

İlham Əliyev meksikalı həmkarına başsağlığı verib

20 Sentyabr 2017 18:02

Rusiya və Azərbaycan hərbi dənizçilərinin işçi görüşü olub

20 Sentyabr 2017 17:59

İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi

20 Sentyabr 2017 17:58

İlham Əliyev BMT-də Zəhranın qətlindən danışdı - CANLI YAYIM

20 Sentyabr 2017 17:58

“Soyqırımı abidəsi”nə baş əyən azərbaycanlı nazirdən etiraz yaradacaq YENİ ADDIM: Lütfi Zadəyə... - FOTO

20 Sentyabr 2017 17:58

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 17:58

Azərbaycanda daha 21 İKT layihəsinə dövlət qrantı ayrılıb

20 Sentyabr 2017 17:57

Emin Mahmudov: "Bizə qələbə qazanmaq lazımdır”

20 Sentyabr 2017 17:57

Samir Abasov "Voyvodina"nın düşərgəsində

20 Sentyabr 2017 17:57

“İŞİD”in əlindən alınan 2 azərbaycanlı uşaq Bağdatda kimsəsiz qalıb - VİDEO

20 Sentyabr 2017 17:54

"AÇG"-nin dərin hissələrindən qaz hasilatına 2019-cu ildə başlanacaq

20 Sentyabr 2017 17:52

Prezident İlham Əliyev Meksikanın dövlət başçısına başsağlığı verib

20 Sentyabr 2017 17:52

Əli Ömərov YAP-dan istefa verdi

20 Sentyabr 2017 17:49

Metbuat.az-ın işıqlandırdığı problem həllini tapdı

20 Sentyabr 2017 17:49

“Onların dəstəyi olmasaydı...” - Kiyevdə yeni Maydanı kimlər TƏŞKİL EDİR?

20 Sentyabr 2017 17:48

London Brüsselə "Brexit"ə görə 20 mlrd. avro ödəməyə razıdır

20 Sentyabr 2017 17:47

Azəri-Çıraq-Günəşliyə neçə milyard dollar yatırılacaq? - RƏSMİ RƏQƏM

20 Sentyabr 2017 17:44

Bir neçə sənətçimiz işdən çıxaraq ölkəni TƏRK ETDİ

20 Sentyabr 2017 17:43

“Bank Standard”ın kreditorları Prezidentə və Birinci vitse-prezidentə müraciət edib

20 Sentyabr 2017 17:42

“Ümid” yatağındakı 10 saylı quyuda yüksək hasilat bərpa edilib

20 Sentyabr 2017 17:42