Dünyada məşhur qəzet Bakıdan yazdı (FOTO)

Dünyada məşhur qəzet Bakıdan yazdı (FOTO)
22:16 12 Yanvar 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın məşhur "The Huffington Post" qəzeti Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumu haqqında məqalə dərc edib.

ANS PRESS-in məlumatına görə, məqalə Foruma iştirakçı kimi qoşulan Annette Blum tərəfindən hazırlanıb.

Məqalədə yazar Azərbaycana səfərinin 3 səbəbini açıqlayıb. Müsəlman aləmində ilk dəfə Azərbaycanda 1918-ci ildə dünyəvi demokratik dövlətin qurulması, dünyanın müxtəlif xalqları ilə birgə yaşam tərzi və s. bu kimi səbəblərin bu ölkəyə səfər etməsi üçün əsas olduğunu bildirib.

Məqalədə qeyd olunur ki, Azərbaycan onu digər qonşu regionlardakı ekstremist qüvvələrdən qoruyan geopolitik yerləşməsi ilə unikaldır.

Bütün bu amillər nəzərə alınaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ölkəmizin dinlərarası və multikultural harmoniyaya bağlılığı və bu sahədəki uğurlarını əsas götürərək, Mədəniyyətlərarası Dialoq Forumu üçün Azərbaycan ən uyğun və maraqlı məkan olaraq göstərilir.


Qəzetin Bakı haqqında olan məqaləsi

Yazar Annette Blum Azərbaycanın müxtəlif icmaların sülh və qarşılıqlı hörmətlə birgə yaşadığı bir ölkə modeli olaraq, bir çox ölkələrə nümunə ola biləcəyini vurğulayıb. Azərbaycan bütün dinlərdən və mədəniyyətlərdən olan insanların birlikdə azad yaşadığı və hər kəsin uğur qazanmaq üçün bərabər imkanlara malik olduğu təmin olunan bir millət kimi tanıdılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR