Ölkə və şəhərlərin “ən”ləri

Ölkə və şəhərlərin “ən”ləri
22:17 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

- 24 milyon əhalisi olan Çinin Şanxay şəhəri dünyanın ən çox əhalisinin yaşadığı yerdir. 

- Dünyada ən az əhaliyə sahib olan şəhər isə Vatikandır. Şəhərdə təxminən 900 nəfər yaşayır.

- Dünyanın ən isti yeri ABŞ-da yeləşən Ölüm Dərəsidir (Death Valley). Buradakı temperatur 56.7 °C dərəcədir.

- Dünyanın ən soyuq yeri isə Şərqi Antarktida platosudur. Bölgədəki havanın temperaturu -135 °C-dir.

- Dünyanın ən ağıllı insanların yaşadığı yer Honqkonqdur. Burada yaşayan insanların ortalama İQ səviyyəsi 107-dir.

- Ekvatorial Qvineya dünyanın ən aşağı (59) İQ-suna sahib insanların yaşadığı yerdir.

- Niderlandın Qroningen şəhəri velosipedlərin ən çox olduğu yerdir. Şəhər sakinlərinin 50 faizi gündəlik minik kimi velosipeddən istifadə edirlər.

- Dünyanın ən çox yemək yeyən insanlarının yaşadığı yer ABŞ-dir.

- 11 000 illik tarixi olan Suriyanın Şam şəhəri dünyanın ən qədim şəhəri hesab edilir.

- Dünyanın ən quraq yeri Çili ərazisində yerləşən Atakama çölüdür.

- Qərbi Afrikada yeləşən Syerra-Leone şəhəri dünyanın ən qısaömürlü insanlarının yaşadığı yerdir. Burada kişilərin ömrü orta hesabla 47, qadınların isə 48-dir.

- Monako isə əksinə, dünyada ən uzunömürlü insanların yaşadığı yerdir. Kişilərin ömrü 85, qadınların isə 89-dur.

- Elektrik enerjisindən ən az istifadə edən yer İslandiyanın Reykjavik şəhəridir.

- Həyat səviyyəsinə görə dünyanın ən bahalı şəhəri Sinqapurdur. Ən ucuz şəhəri isə Hindistanın Mumbay şəhəridir.

- Pişikləri ən çox sevən ölkə ABŞ-dır. Ölkədə 76 milyon pişik sahibləri ilə birlikdə yaşayır.

- 150 ölkə arasında aparılan araşdırmalara əsasən, ən həssas, duyğulu insanların yaşadığı ölkə Filippindir.

- Ən çox şəkilləri çəkilən yer Nyu-Yorkda yerləşən Solomon Quqqenhaym muzeyidir.

- Dünyada ən çox günəş işığının düşdüyü yer ABŞ-ın Arizona ştatının Yuma şəhəridir.

- Dünyanın ən çox ziyarət edilən yeri İngiltərənin paytaxtı Londondur. Paytaxt Londonu ildə təxminən 19 milyon nəfər ziyarət edir.

- Dünyada ən güclü internet şəbəkəsinin olduğu yer Cənubi Koreyanın paytaxtı Seuldur. Şəhərin 10 min fərqli yerində kabelsiz internet şəbəkəsi var.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR