Türkmənistanda valyuta satışı dayandırıldı

Türkmənistanda valyuta satışı dayandırıldı
22:17 12 Yanvar 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

Türkmənistan bankları yanvarın 12-də valyuta satışını dayandırıb.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, paytaxt bankları müştərilərə ABŞ dolları və digər aparıcı valyutaların satışının qeyri-müəyyən vaxtadək dayandırıldığını bildiriblər.

Əsas qaz istehsalçılarından olan Türkmənistanda milli valyuta təxminən 19 faiz devalvasiya olub.

Devalvasiya barədə şaiələr ölkədə xarici valyutalara təlabatı artırıb.

Associated Press agentliyinin məlumatına görə, yanvarın 12-də qara bazarda 1 dollar 4 və 4,20 manat olub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR