Bəsirət nədir?

Bəsirət nədir?
22:22 12 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

"Bəsirət" sözü lüğətdə "görmək" mənasında işlənir. Dinimizdə isə ürəyin və dərkin görməsinə aid edilir. Bəsirət - ürəyin görən gözü və idrak qüvvəsidir. Bəsirətli insan ayıq insandır. İctimai, siyasi, mənəvi mövzulara qarşı dərin baxışı vardır. 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu yolla haqla batili bir-birindən ayıra bilir. Böhran və fitnə zamanı haqq və səadət yolunu tapa bilir. 
Bəs bəsirəti necə əldə edə bilərik?
1. Ürək təqvası. Bəsirəti əldə etməyin yollarından biri - təqva ruhunu yetişdirmək və günahdan uzaq olmaqdır. Qurani-Kərim buyurur: "Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik)günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir". ("Ənfal" 29).
2. Qəfləti aradan aparmaq. Bəsirəti əldə etməyin yollarından biri - zikr vasitəsilə qəfləti aradan aparmaqdır. Allah Təala Quranın bir çox ayələrində bəndələrini Onu zikr etməyə, nemətlərini xatırlamağa və keçmiş ümmətlərin başına gələnlərdən ibrət götürməyə dəvət edir."Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanların üzərinə qəfildən hücum etmək fikrində olduğu)zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər". ("Maidə"  11). Əmirəl-möminin (ə) zikrin bəsirəti əldə etməyə təsiri barəsində buyurur: "Həqiqətən, Sübhan Allah zikri ürəklərə cilaverən qərar vermişdir ki, korluq və qaranlıqda səhv etdikdən sonra onun vasitəsilə görən olsun".
3. Təfəkkür və ibrət götürmək. Əmirəl-möminin (ə) bəsirətli insana tərif verən zaman buyurmuşdu: "Bəsirət sahibi olan insan o kəsdir ki, düzgün eşidər və düşünər". Həzrət Əli (ə) başqa yerdə buyurur: "O kəs ki, təfəkkür etməz - onun üçün bəsirət olmayacaqdır. Çünki bəsirət təfəkkür və düşünməkdən hasil olar". Həmçinin ibrət götürmək insanın bəsirət gözünü açar. Lüğət kitablarının bir çoxunda bəsirət, ibrət sözü ilə mənalandırılmışdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR