İranın döyüş təyyarəsi qəzaya uğradı: ölənlər var

İranın döyüş təyyarəsi qəzaya uğradı: ölənlər var
22:36 12 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

İranın Hərbi Hava Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, təlim təyyarəsi ölkənin cənub-şərqində Çabahar şəhərində qəzaya düşüb. Pilot və onun köməkçisi ölüb. Bu barədə Tasnim agentliyi məlumat yayıb.

Qəzanın baş vermə şəraiti və səbəbləri araşdırdırılır.

Sistan və Bəlucistan vilayətinin təhlükəsilik məsələri ilə müavini Əli Əsgər Mirşekari hadisəni təsdiqləyib.


“Bombardier CRJ200” təyyarəsi

Bir neçə gün əvvəl İsveçin “West Atlantic” şirkətinin poçt təyyarəsi Norveç ilə sərhəddə qəzaya uğrayıb. Təyyarə Oslodan Tromsoya uçurmuş. “Bombardier CRJ200” təyyarəsi yanvarın 8-də yerli vaxtla axşam saat birdə radardan itib. Bu zaman təyyarə Norveçin təxminən 120 kilometr şimalında Bude şəhərində olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR