Venesuela parlamenti dayandı

Venesuela parlamenti  dayandı
23:57 12 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Venesuelanın Ali Məhkəməsi ölkə parlamentinin bütün qərarlarını etibarsız elan edib. Bu qərar müxalifət partiyasından olan üç deputat işdən kənarlaşdırılanadək qüvvədə qalacaq.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
"Bu vətəndaşlar işdən çıxarılmayanadək, Milli Məclisin qəbul etdiyi və ya etməli olduğu qərarlar tamamilə qanunsuzdur", - deyə məhkəmənin bəyanatında bildirilir.
Ali Məhkəmə ötən ilin dekabrında dörd qanunvericinin mandatını əngəlləyib. Onlardan üç nəfəri müxalifətdən, biri isə hökumətə sadiq fraksiyadandır. Məhkəmə Sosialist Partiyasının parlament seçkilərində səsvermə zamanı qanun pozuntularının baş verməsinə dair bəyanatlarından sonra qərar qəbul edib.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR