Mənşəyi məlum olmayan 4 ton ət zərərsizləşdirilib

Mənşəyi məlum olmayan 4 ton ət zərərsizləşdirilib
23:59 12 Yanvar 2016
11 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 9-da Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Daxili İşlər Nazirliyinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran  heyvan cəmdəkləri aşkar edilib.

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Lent.az-a verilən xəbərə görə, bu cəmdəklərdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı nümunələrin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş heyvan cəmdəklərinin olması müəyyən edilib.

 

Aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.

 

Bu qərara uyğun olaraq yanvarın 12-də həmin heyvan cəmdəkləri Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR