Spirtli içkilərin nağd satışına icazə verilməsinin səbəbi (VİDEO)

Spirtli içkilərin nağd satışına icazə verilməsinin səbəbi (VİDEO)
00:31 13 Yanvar 2016
78 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı keçirdiyi müşavirəni iqtisadçı Oqtay Haqverdiyev şərh edib.

- Bu gün prezidentin sərəncamı ilə spirtli içkilər və tütün məmulatlarının nağd pulla ödənilməsinə qoyulan qadağa müvəqqəti aradan qaldırıldı. Bunula bağlı sizin münasibətinizi öyrənmək istərdik.

– Bu qərarın qəbulu çox düzgün idi. Əgər biz nağdsız ödənişi inkişaf etdirmək üçün qarşımıza məqsəd qoymuşuqsa, əlbəttə ki, nədənsə başlamaq lazımdır. Belə hesab ediblər ki, ilk olaraq məhz bundan başlansın. Amma müəyyən oldu ki, bir çox yerlərdə, xüsusilə də rayonlarda buna hazır deyillər. Nəticədə nağd pulla ödənilməsinə qoyulan qadağanın müvəqqəti olaraq aradan qaldırılması ilə bağlı müraciətlər olundu. Qeyd edim ki, bu prosesin icrasına inzibati yox, iqtisadi yolla başlamaq lazımdır. Bu proses yalnız spirtli içki və tütün məhsulları ilə məhdudlaşmamalı, müəyyən ödənişlərin inkişafı üçün stimullaşdırıcı işlər görülməlidir.

Məsələn, Gürcüstanda belə bir praktika mövcuddur. Belə ki, mağazaya daxil olan hər hansı bir şəxs çekini alır. Ayın sonunda o çek lotereya kimi oynanılır. Bundan kimsə, nəsə udur. Nəticədə insanlarda müəyyən qədər maraq yaranır. Əgər qarşıya məqsəd qoyulubsa, buna bənzər stimullarla bu prosesi bir qədər surətləndirmək olar.

- Bildiyiniz kimi müşavirədə dövlət başçısı bir çox əhəmiyətli məsələl'rə toxundu. Çıxışda süni qiymət artımından tutmuş, monopoliyaya qədər bir çox mövzulardan danışdı. Sizcə prezidentin verdiyi tapşırıqları qısa bir müddətdə icra etmək mümkün olacaqmı?

- Ölkə başçısının bundan öncəki çıxışlarından fərqli olaraq bu dəfə cənab prezident bütün sahələrin inkişaf istiqamətlərini göstərdi. Hər bir nazir bundan nəticə çıxartmalı və qeyd olunan məsələlər üzrə işini reallaşdırmalıdır. Bu o məsələlərdır ki, hələ ki öz həllini tapmayıb. İlk olaraq nədən başlamaq lazımdır? İlk öncə idarəetmədən başlamaq lazımdır.

Əgər biz dövlət xərclərini azaltmaq istəyiriksə, o zaman düşünməliyik ki, bizə 20 nazirlik lazımdır, yoxsa lazım deyil. Mövcud nazirliklər bir-birini təkrarlayır, ya yox. Mən işlədiyim vaxtlarda bunun şahidi olmuşam ki, hər bir nazirliyin əsasnaməsi var. Bunların hamısını bir-birinin yanına yığsan, görəcəksən ki, bunlar arasında təkralama çoxdur. Bunlar bir yerə yığılmalı, bir yerdə olmalıdır. Hesab edirəm ki, idarəetmə strukturuna köklü bir şəkildə baxmaq lazımdır. Məhz cənab prezident öz çıxışında bunu tam olaraq açıqlamasa da, söhbətin nədən getdiyini dərk etdik.

Yəqin ki, yaxın vaxtlarda bu məsələyə baxılacaq. Xarici investisiyanın ölkəyə cəlb edilməsi məsələsinə gəlincə, bu məsələ ətrafında hər il söhbətlər gedir. Amma stimullaşdırıcı bir tədbirlər görülmür ki, xarici investorlar bura maraq göstərsinlər. Bunun üçün isə azad iqtisadi zonalar yaradılmalı, eyni zamanda vergi sisteminə yenidəb baxılmalıdır.

Məsələn, Qazaxıstanın qanunvericiliyinə görə, xarici investor zavod və ya fabrik inşa etdirirsə, həmin obyektin tikintisi başa çatdıqdan sonra düz 5 il ərzində vergi vermir. Nəzərdə tutulan müddət başa çatdıqdan sonra investisiya başlayır vergi verməyə. Məhz bunları stimullaşdırmaq üçün buna bəzər fərqli formalar mövcuddur. Bu çox ciddi məsələdir. Praktiki olaraq bunu çevik və surətli bir şəkildə həyata keçirmək lazımdır. Bu barədə danışanlar çoxdur, amma bunun icrasına gələndə nədənsə bir-birlərinə ötürürlər. Məsələlərin icrasında problemlər var.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR