İstanbuldakı partlayışdan sonra İŞİD-lə əlaqəli 59 nəfəri saxlanıldı

İstanbuldakı partlayışdan sonra İŞİD-lə əlaqəli 59 nəfəri saxlanıldı
02:44 13 Yanvar 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə polisi İstanbulda törədilən terror aktından sonra ölkənin 5 şəhərində antiterror əməliyyatı keçirib. APA-nın “Haber Turk”ə istinadən verdiyi xəbərə görə, reydlər Ankara, Şanlıurfa, Mersin, Kilis və Adanada keçirilib.

 

Ümumilikdə,  İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 59 nəfəri saxlanılıb.  Ankarada 15-i Suriya vətəndaşı olmaqla 16 nəfər saxlanılıb. Onların deportasiya olunacağı gözlənilir. Digər şəhərlərdə saxlanılan türklərə terrorçuluq ittihamı irəli sürülüb.   

Qeyd edək ki, ötən gün İstanbulun tarixi hissəsində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR