"Qalatasaray"ın yeni transferi İstanbulda

"Qalatasaray"ın yeni transferi İstanbulda
03:11 13 Yanvar 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın Norveç "Molde"sindən transfer etdiyi Martins Linnes İstanbula gəlib.

ANS PRESS-in məlumatına görə, 24 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə rəsmi sözləşmə imzalayacaq. O, bundan sonra komandanın Antalyadakı təlim-məşq toplanışına qoşulacaq.

Linnes hava limanında İstanbul təmsilçisinə keçidi ilə bağlı qısa şərh də verib: "Qalatasaray" böyük bir klubdu. İnsanlar mənə bu komandanın Türkiyənin ən böyük klubu olduğunu bildirdilər. "Qalatasaray"a transfer olduğum üçün qürur duyuram. Nələr olacağını qarşıdakı günlərdə görəcəyik".


Martin Linnes

Qeyd edək ki, 2012-ci ildən "Molde"dən çıxış edən Linnes bu klubun forması ilə meydana çıxdığı 152 qarşılaşmada 14 qol vurub, 26 məhsuldar ötürmə ilə yadda qalıb.

Bir neçə gün öncə "Qalatasaray" bu il ilk transferini rəsmiləşdirmişdi. İstanbullular 28 yaşlı Ryan Donku rənglərinə bağlayıb.

"Qalatasaray" bir müddət əvvəl danışıqlar apardığı hollandiyalı müdafiəçi üçün keçmiş klubu "Kasımpaşa"ya 2.5 milyon avro təzminat ödəyib. "Aslan"lar universal futbolçu ilə 2.5 illik müqavilə imzalayıb. Ryan Donkun "Qalatasaray" heyətində matç başına on beş min avro alacağı gözlənilir.


Ryan Donk

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR