İmişlinin əkin sahələrində ziyanvericilərə qarşı mübarizə aparılır

İmişlinin əkin sahələrində ziyanvericilərə qarşı mübarizə aparılır
03:13 13 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


İmişli, 13 yanvar, Mahir Babayev, AZƏRTAC
İmişli rayonunun ərazisində əkin sahələrində ziyanvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, rayon bitki mühafizə mərkəzinin əməkdaşları bir müddət əvvəl sahələrdə bununla bağlı monitorinq aparıb, əkin sahələrindəki işlək yuvaları müəyyən ediblər. Alınan nəticəyə uyğun olaraq əkin sahələrində dərmanlama işlərinə başlanılıb. Bitki Mühafizə Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanovun dediyinə görə, hələlik gəmiricilər əkin sahələrinə ziyan vurmayıb. Mərkəzin mütəxəssisləri taxıl, yonca və otlaq sahələrində ziyanverici yuvası müəyyən edilən yerləri dərmanlayıblar. Onlar bu işi mart ayına qədər davam etdircəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR