​Messi karyerasının sonunadək "Barselona"da çıxış etmək niyyətindədir

​Messi karyerasının sonunadək "Barselona"da çıxış etmək niyyətindədir
04:22 13 Yanvar 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi karyerasını Kataloniya klubunda başa vurmağa hazırlaşdığını növbəti dəfə təsdiq edib.
"Report" xəbər verir ki, bu barədə AS nəşri yazıb.
"Mən bir daha təkrar edirəm: karyeramı evimdə - "Barselona"da başa vurmaq istəyirəm. Mənim planlarım? İstəyirəm ötən il olanları bütünlüklə təkrar edim", - deyə Messi bildirib.
28 yaşlı futbolçu 2004-cü ildən Kataloniya klubunun şərəfini qoruyur. Messi komandada 503 oyun keçirib və 430 qol vurub. O, 7 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya Kubokunun qalibi, 6 dəfə İspaniya Superkubokunun sahibi, 4 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə UEFA Superkubokunun sahibi, 3 dəfə Dünya Klub Çempionatının qalibi və 5 dəfə "Qızıl top"un sahibi olub.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/messi-karyerasinin-sonunadek-barselona-da-cixis-etmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR