Rəsmi Tehran xəbərləri təkzib etdi (VİDEO)

Rəsmi Tehran xəbərləri təkzib etdi (VİDEO)
07:36 13 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl İranın nüvə reaktorunun sökülməsi barədə yayılan xəbərlər təsdiqini tapmadı.

İranın inşa ediyi Arak Ağır Su Reaktorunu nüvə sahəsindəki razılaşmalara əsasən sökərək yerini betonla doldurmağa başladığı barədə məlumatlar həqiqətə uyğun deyil.

ANS TV-nin məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sədr müavini Əli Əsgər Zarean İranın dövlət televiziyasına açıqlamasında deyib:

“İran Arak Ağır Su Reaktorunu təkmilləşdirmək üçün Çinlə razılaşma imzalacayaq. Sazişin bağlanması gələn həftəyə gözlənilir. Biz, bu razılaşmaya qədər həmin ərazidə heç bir fiziki dəyişiklik etməyəcəyik. Arak reaktoruna indiyədək bir dəfə dəyişiklik edilib. Bununla da İran orada istehsal edilən ağır suyu tədqiqatlarda istifadə edilməsi üçün üçüncü ölkə vasitəsilə ABŞ-a nəql etməyə ümid edir”.

Zarean “Fars” xəbər agentliyinin reaktorun sökülməsi işlərinə artıq start verildiyi haqda məlumatını təkzib edib.

İranın Qərblə nüvə razılaşmasının şərtlərinə əsasən, İran, nüvə silahı üçün plutonium istehsal edə bilməməsi üçün Arak Ağır Su Reaktorunu yenidən qurmalıdır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR