Bakıda 27 yaşlı gənc bıçaqlandı

Bakıda 27 yaşlı gənc bıçaqlandı
07:57 13 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi olub. APA-nın məlumatına görə, hadisə rayonun Bəhruz Nuriyev ev  12 ünvanında qeydə alınıb.  1989-cü il təvəllüdlü Şükürov Əfqan Elvin oğlu qarın nahiyəsinin bıçaq yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, xəstəxanadan verilən məlumata görə, xəstəyə dərhal müdaxilə edilib və o, əməliyyata alınıb.  Hazırda xəstənin vəziyyəti orta ağır olaraq qalır.
 
Hadisə barədə polis məlumatlandırılıb.  Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Hazırda polis 27 yaşlı gəncin kimlər tərəfindən və hansı şəraitdə bıçaqlandığını araşdırır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR