İstanbuldakı terrakta görə 59 nəfər tutuldu

İstanbuldakı terrakta görə 59 nəfər tutuldu
08:05 13 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə polisi İstanbulda törədilən terror aktından sonra ölkənin 5 şəhərində antiterror əməliyyatı keçirib.
Milli.Az APA-ya istinadən bildirir ki, reydlər Ankara, Şanlıurfa, Mersin, Kilis və Adanada keçirilib.
 
Ümumilikdə,  İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 59 nəfəri saxlanılıb.  Ankarada 15-i Suriya vətəndaşı olmaqla 16 nəfər saxlanılıb. Onların deportasiya olunacağı gözlənilir. Digər şəhərlərdə saxlanılan türklərə terrorçuluq ittihamı irəli sürülüb.   
Qeyd edək ki, ötən gün İstanbulun tarixi hissəsində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.  
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/karabah/397379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR