Kataloniyaya separatçı başçılıq edəcək

Kataloniyaya separatçı başçılıq edəcək
08:12 13 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Karles Puçdemon yanvarın 12-də İspaniyanın Kataloniya muxtar vilayətinin hökumət sədri vəzifəsini icra etməyə başlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki,  inauqurasiya mərasimində çıxışı zamanı 53 yaşlı Puçdemon vəzifəsini vicdanla icra edəcəyini və Kataloniya xalqının iradəsinə sadiq qalacağını vəd edib: "Bölgəyə xalqın etibar etdiyi vədlərini icra edə biləcək hökumət gərəkdir".       
 
Bundan əvvəl Kataloniya parlamentinin deputatları qarşısında çıxışı zamanı o "müstəqil Kataloniya dövlətinin" qurulması prosesinə başlamaq lazım olduğunu bildirib.   
 
Əvvəllər Jiron şəhərinin meri vəzifəsində çalışmış Puçdemon bu ilin  yanvarın 10-da Kataloniyanın baş naziri vəzifəsinə seçilib. Onun namizədliyini yerli parlamentin 135 deputatından 70-i dəstəkləyib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR