Obama son hesabatla çıxış etdi

Obama son hesabatla çıxış etdi
08:36 13 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti bir müddət əvvəl Konqresdə ölkədaxili iqtisadi-siyasi vəziyyətlə bağlı sonuncu illik hesabatı ilə çıxış edib. ANS PRESS-in məlumatına görə, Amerikadakı vəziyyətlə bağlı nikbin tonda danışan Obama konqresi 2016-cı il prezident seçkilərinə qədər proqressiv qanunlar qəbul etməyə çağırıb. Obama gələcəkdə görüləcək işlərdən çox, hakimiyyətdə olduğu müddətdə administrasiyasının Birləşmiş Ştatlara verdiyi töhfələri icmal edib.

Ağ Ev rəhbəri onun prezidentlik müddəti ərzində Amerika iqtisadiyyatının daha da gücləndiyini, həyatın isə daha təhlükəsiz olduğunu söyləyib. Obamanın sözlərinə görə, onun dövründə ABŞ-da 14 milyon yeni iş yeri açılıb, 18 milyona yaxın insan tibbi sığorta ilə təmin olunub. Obama eyni zamanda bir daha ABŞ ordusunun başqa ölkələrə aid əraziləri tutmasının tərəfdarı olmadığını xatırladıb.

“Biz böhran keçirən istənilən dövlətin ərazisini tutub, onu yenidən qura bilmərik. Bu bir liderlik deyil. Bu amerikalılarının qanının töküləcəyinə və külli miqdarda dövlət vəsaitinin israf olunacağına dair bir zəmanətdir. Bu cür siyasət sonda bizi zəiflədəcək. Bu baxımdan Vyetnam və İraq bizə dərs olmalıdır.” deyə Obama bildirib.

Bununla belə ABŞ-ın beynəlxalq terrora qarşı mübarizəsindən danışan zaman, Obama sərt danışıb. İŞİD-i kökündən kəsəcəyi, döyüşçülərini “ovlayacağını” və qruplaşmanı süquta uğradacağını bəyan edib. ABŞ prezidenti konqresə İŞİD qruplaşmasına qarşı hərbi qüvvələrə mandat verməsini təklif edib. ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriya və İraqda ekstrimistlərə qarşı hava əməliyyatları keçirməsinə baxmayaraq, aviazərbələr konqresin icazəsi olmadan prezidentin fərmanı əsasında həyata keçirilir. Konqres mandat verəcəyi təqdirdə, bu əməliyyatların miqyasını və müddətini artıra bilər.

Çıxışında Obama eyni zamanda hakimiyyətinin son gününə kimi Quanatamo həbsxanasının bağlanması istiqamətində səylərini davam etdirəcəyini deyib. Amerikanın Kubadakı bazasında yerləşən həmin həbxsana 11 sentyabr teraktında sonra 2002-ci ildə yaradılıb. Obama eyni zamanda vətəndaşları insanları irqi və ya dininə görə hədəfə alan siyasətçiləri rədd etməyə çağıraraq, Donald Trampın müsəlmanlarla bağlı qalmaqallı çağırışına eyham vurub.

“Bu bir siyasi dürüstlüklə bağlı deyil. Bizim Amerika xalqı olaraq nəyin sayəsində güclü olduğumuzu dərk etməklə bağlıdır. Dünya bizi sadəcə silah arsenalımıza görə sayğı göstərmir. Dünya bizi müxtəlifliyimizə, şəffaflığımıza və bütün etiqadlara hörmətlə yanaşmağımıza görə sayğı göstərir. Siyasətçilər müsəlmanları təhqir etdikdə, məscidlər vandal hücumuna məruz qaldıqda və ya uşaq təkləndikdə, bu bizi xalq olaraq daha təhlükəsiz etmir. Bu səhv yanaşmadır. Bu cür yanaşmalar bizi dünyanın gözü qarşısına “alçaltmış” olur." - deyə ABŞ prezidenti bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR