Dövlət qurumlarına çağırış edildi

Dövlət qurumlarına çağırış edildi
10:40 13 Yanvar 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

"Prezidentin vurğuladığı kimi xalqın maraqları hər şeydən üstün olmalıdır. Ondan üstün heç nə ola bilməz. Cənab prezident xalqın elçisi, xalq tərəfindən seçilən bir insandır. Hökumətdəkilər isə hamısı təyin edilən şəxslərdir. Xalqın etimadını qazanan adamın verdiyi tapşırıqlar, göstərdiyi istiqamətlər müzakirə olunmayan məsələlərdəndir. Artıq ölkə başçısı tapşırıqlarını verib, siyasi mövqeyini ortaya qoyub. Bu mövqe xalqın fikrinə əsaslanaraq ortaya qoyulub və verilən tapşırıqların da hamısı məmurlar tərəfindən vicdanla, insafla, xalqı nəzərə alaraq dərhal icra olunmalıdır. Prezidentin tapşırıqlarını yerinə yetirməyənlər bilməlidirlər ki, əks təqdirdə buna görə qanunayğun şəkildə cavab verməli olacaqlar".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər və qoyduğu tapşırıqlara münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, cənab prezident hər zaman olduğu kimi bu dəfə də insanları, cəmiyyəti narahat edən məsələləri, hökumətin görməli olduğu işləri sıraladı və bu sahədə hökumət üzvlərinin hansı addımları atmalı olduğunu, istiqamətləri çox dəqiq göstərdi: "Təbii ki, son zamanlar bütün dünyada baş verən iqtisadi və maliyyə böhranı Azərbaycana da öz təsirini göstərdi. Bu proseslərin hər yerdə olduğu kimi Azərbaycanda da müəyyən fəsadları var. İndi hökumət üzvləri cənab prezidentin Nazirlər Kabinetinin son iclasında müəyyən istiqamətlər üzrə qoyduğu tapşırıqları həyata keçirməlidirlər. Əvvəla hökumət süni bahalaşmanın qarşısının alınması istiqamətində tədbirlər görməlidirlər. Cənab prezident xüsusi vurğuladı ki, bu məsələdə təkcə cərimələrlə kifayətlənmək olmaz, hüquq-mühafizə orqanları çox ciddi tədbirlər görməlidirlər. Eyni zamanda, hökumət tərəfindən arada olan qrupların, işbazların vətəndaşların hesabına süni qiymət artımından varlanmasına çox ciddi nəzarət olunmalı və bu nəzarət getdikcə güclənməlidir".

F.Muradovun fikrincə, növbəti istiqamət yeni iş yerlərinin açılması ilə bağlıdır: "Cənab prezident son illər neft gəlirlərini düzgün istiqamətləndirərək yeni iş yerlərinin açılması məqsədilə ciddi proqramlar imzalayıb. Azərbaycanda kifayət qədər dövlət qurumu var ki, bu illər ərzində neft gəlirlərindən bəhrələnərək müəyyən işlər görüblər. Bu, eyni zamanda yeni iş yerlərinin də açılmasına stimul olub. Konkret ad çəkmək istəmirəm, amma indi bizə məlumatlar gəlir ki, təəssüflər olsun ki, bəzi dövlət qurumları bu illər ərzində dövlətdən çox böyük dotasiyalar, zəmanətlər alaraq, müxtəlif beynəlxalq maliyyə qurumlarından, eyni zamanda dövlət büdcəsindən, infrastruktur layihələrdən bəhrələnib, fürsətdən istifadə edərək sıravi işçilərin ixtisarına başlayıblar. Axı cənab prezident çox açıq şəkildə bəyan etdi ki, hökumət bu gün sosial baxımdan zəif təbəqəni qorumalıdır. Ona görə də mən həmin dövlət qurumlarını cənab prezidentin göstərdiyi istiqaməti dərindən təhlil etməyə çağırıram. Dövlət qurumlarında gedən bu ixtisarlar, əsasən, fəhlə təbəqəsinə, sosial təminatı aşağı olan təbəqəyə təsir edir. Ona görə də bunun qarşısı alınmalıdır. Dövlət başçısı da vurğuladı ki, yerli icra strukturları yeni sənaye parkları, yeni iş yerlərinin açılması məsələlərinə çox ciddi yanaşmalı, bunu dövlətin əsas siyasi prioriteti kimi qəbul etməlidirlər. İnsanlar əmin olmalıdırlar ki, cənab prezidentin bu istiqamətdə atdığı addımların hər biri onların rifahının daha da yaxşılaşdırılması üçündür. Təbii ki, heç də asan dövr deyil. Buna baxmayaraq, dövlət büdcəsində sosial istiqamət üzrə bircə dənə də olsun geriləmə yoxdur. Dövlət bütün öhdəlikləri həyata keçirir".

Komitə sədrinin sözlərinə görə, bəzi insanlar, hətta ola bilsin ki, qruplar bu şəraitdən sui-istifadə edərək öz məqsədlərinə nail olmaq üçün müəyyən dividentlər qazanmaq istəyirlər: "Burada siyasi divident də ola bilər, başqa şeylər də ola bilər. Amma Azərbaycan xalqı birmənalı olaraq bilir ki, bu gün dövlət başçısı bütün lazımi addımları atır və lazımi tapşırıqları verir, hökumət üzvləri də gündəlik olaraq bu məsələlələrin həlli ilə məşğuldur. Yəni burada uzun müddətdir həm yeni iş yerlərinin açılması, həm də bundan əvvəl açılmış iş yerlərinin saxlanması barədə danışılan islahatlar başlayıb. Fikrimcə, bu məsələlərə ciddi nəzarət olmalıdır".

Onun fikrincə, bu məsələdə əhali də aktiv olmalıdır: "Əhali də öz dəstəyini göstərməlidir. Cənab prezident dəfələrlə bildirib ki, ictimai nəzarət çox güclü olmalıdır. Cəmiyyət hər hansı nöqsan və ya qanunsuzluqla bağlı dərhal reaksiya verməlidir. Biz də millət vəkili olaraq bu istiqamətdə öz işimizi görməli, fikirlərimizi bildirməliyik.

Dövlət Azərbaycanda bu günədək olan sosial rifah, yüksəlişi qoruyub saxlamaq marağındadır və bununla bağlı işlər də görülür. Sadəcə olaraq, dünyada gedən ümumi proseslər, neftin qiyməti ilə bağlı məsələlər, bəzi siyasi oyunlar və konyuktur yanaşmalar öz təsirini göstərir. Amma vəziyyət o dərəcə deyil ki, təşvişə səbəb olsun. Buna lüzum və səbəb yoxdur. Təəssüf ki, bu, bəzi qruplar tərəfindən camaatı çaşdırmaq məqsədi güdür. Əminəm ki, bu istiqamətdə dövlət başçısının hüquq-mühafizə orqanları qarşısında qoyduğu tapşırıqlar öz nəticəsini verəcək.

Xüsusən regionlarda icra hakimiyyətləri anlamalıdırlar ki, indi hər birimiz hansısa şəxsi maraqlarımızı yox, cəmiyyət olaraq birlikdə vəziyyətdən çıxmaq və dövlətçiliyimizi qorumaq barədə düşünməliyik. Azərbaycanın müstəqilliyindən vacib heç nə yoxdur. Bu müstəqilliyin qorunması isə cənab prezidentin qoyduğu tapşırıqların icrasından, görülən işlərdən asılıdır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şimali Koreyadan Trampa sərt reaksiya

20 Sentyabr 2017 16:39

Eldar Mahmudovun daha bir qeyri-qanuni ƏMƏLİ ÜZƏ ÇIXDI: iki qardaşa qarşı BÖYÜK TƏLƏ

20 Sentyabr 2017 16:38

Erməni deputatlar Bakıya sabah gələcək

20 Sentyabr 2017 16:37

“Qarabağ”ın futbolçusu Cənubi Afrika Respublikasının yığmasına dəvət alıb

20 Sentyabr 2017 16:37

“İctimai internet” layihəsi çərçivəsində 1 milyonuncu istifadəçi mükafatlandırılacaq

20 Sentyabr 2017 16:35

“OUKITEL K10000 MAX” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlanılıb

20 Sentyabr 2017 16:35

“Caspian Energy Transport Forum” forumu keçirilib

20 Sentyabr 2017 16:35

Bərzani İraq hökuməti qarşısında şərtlərini açıqladı - MÜSTƏQİLLİK TƏMİNATI

20 Sentyabr 2017 16:34

İranın itkin şahzadəsi bu ölkədə tapıldı

20 Sentyabr 2017 16:33

Faiq Ağayevdən Ədalət Şükürova ETİRAZ: “O, özü üçün danışa bilər”

20 Sentyabr 2017 16:33

Dərini canlandırmaq üçün

20 Sentyabr 2017 16:27

Kəmaləddin Heydərov Pakistanın Hərbi Hava Qüvvələri komandanı ilə görüşdü

20 Sentyabr 2017 16:24

Məşhur komandanın məşq meydanında bomba tapıldı

20 Sentyabr 2017 16:23

Qvradiyaçılar Kataloniyada 10 milyon səsvermə bülleteni müsadirə edib

20 Sentyabr 2017 16:22

Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı

20 Sentyabr 2017 16:18

“Bank Standard”ın ləğv planı təsdiq olunub

20 Sentyabr 2017 16:12

Atası ilə toya gələn Kənanın dəhşətli ölümü

20 Sentyabr 2017 16:12

Meksika zəlzələsini xəbər verən alimdən növbəti QORXUNC PROQNOZ

20 Sentyabr 2017 16:08

Aİ-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

20 Sentyabr 2017 16:07

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

20 Sentyabr 2017 16:07

Futbolçunun xanımı biabırçı geyimi ilə gündəmdə - FOTOLAR

20 Sentyabr 2017 16:07

“Accessbank” “myCard” sahiblərinə güzəştlər vəd edir

20 Sentyabr 2017 16:02

Müğənni Lalə Məmmədova həmkarlarını sülhə çağırıb

20 Sentyabr 2017 16:00

Mikail Cabbarov Nazim İbrahimovun yerini tutdu

20 Sentyabr 2017 15:57

584 sosial evin mülkiyyət hüququ təmin edilib

20 Sentyabr 2017 15:54

Mikayıl Cabbarova vəzifə verildi

20 Sentyabr 2017 15:53

Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO

20 Sentyabr 2017 15:53

Müdafiə naziri səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələri yoxlayıb

20 Sentyabr 2017 15:52

Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib

20 Sentyabr 2017 15:52

Dini konfessiyaların liderləri Brüsselə səfər edəcək

20 Sentyabr 2017 15:47

Azərbaycanda 11 bağlanmış bankın qorunan əmanətçilərinə 747,93 mln. manat kompensasiya ödənilib

20 Sentyabr 2017 15:47

Lənkəranda 6 otaqlı evdə yandı: Xəsayət alan var

20 Sentyabr 2017 15:45

SOCAR hasil olunan xam neft və qazın maya dəyərini açıqlaydı

20 Sentyabr 2017 15:44

Ermənistandan Türkiyəyə təhdid

20 Sentyabr 2017 15:43

Mikayıl Cabbarov: "Bütün mövzular federasiya çərçivəsində müzakirə olunmalıdır"

20 Sentyabr 2017 15:42

Azərbaycanda ilk güzəştli mənzillərin mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınıb

20 Sentyabr 2017 15:42

Sürücülər NARAZIDIR!

20 Sentyabr 2017 15:40

Süd vəzi xərçəngindən özünüzü belə qoruyun - VİDEO

20 Sentyabr 2017 15:38

Güneldən SƏRT İFADƏLƏR: “Zibil iyi gəlir”

20 Sentyabr 2017 15:38

Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

20 Sentyabr 2017 15:37

Bəkir Bozdağ: "Türkiyə Dağlıq Qarabağ münaqişəsi həllini tapanadək Azərbaycanla birlikdə mübarizəsini davam etdirəcək"

20 Sentyabr 2017 15:37

Təzə lobya turşusunun hazırlanması

20 Sentyabr 2017 15:36

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

20 Sentyabr 2017 15:35

General qızı məşhur şairin sonuna NECƏ ÇIXDI? - Eşq oyunları və... - FOTO

20 Sentyabr 2017 15:33

Məhəmməd adı Britaniyada yeni doğulan körpələrə qoyulan populyar adlar siyahısında ilk onluqdadır

20 Sentyabr 2017 15:32

"Adam tanıyıram, “Red Bull” içib, amma qanadlanmayıb" - Ağacan Abıyev

20 Sentyabr 2017 15:29

Milli Şuranın mitinq istəyinə RƏSMİ CAVAB

20 Sentyabr 2017 15:23

NASA-nın "kompüter qadını" 99 yaşını qeyd edir: "Sayıla biləcək hər şeyi saydım”

20 Sentyabr 2017 15:23

Bakıda baş verən yanğınla bağlı AÇIQLAMA

20 Sentyabr 2017 15:20

Türkiyəli dizayner London Moda Həftəsini fəth etdi - FOTO

20 Sentyabr 2017 15:18