Tacikistanın nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinin icrasına başlayıb

Tacikistanın nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinin icrasına başlayıb
09:08 13 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Düşənbə, 13 yanvar, AZƏRTAC 
2016-cı ilin yanvar ayından Tacikistanın nümayəndəsi Rəşid Alimov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi vəzifəsinin icrasına başlayıb və bu vəzifədə o Rusiyanın nümayəndəsi Dmitri Mezensevi əvəz edib.
Bu haqda Tacikistanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Rəşid Alimov 2005-2015-ci illərdə Tacikistanın Çin Xalq Respublikasındakı səfiri, həmçinin Tacikistanın ŞƏT-dakı daimi nümayəndəsi olub.
Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan ŞƏT-in üzvləridir.
İran, Əfqanıstan, Monqolustan və Belorusun ŞƏT-də müşahidəçi statusu var, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal və Ermənistan təşkilatın dialoq üzrə tərəfdaşıdır.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistanin_numayendesi_Sanxay_Amekdasliq_Teskilatinin_bas_katibi_vezifesinin_icrasina_baslayib-917964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR