Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

09:13 13 Yanvar 2016
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dəyişikliyin məqsədi “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli Sərəncamının 3.2-ci bəndinin icrasını təmin etməkdir.

Yeni dəyişikliklərə uyğun olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki, Zaqatala, Ağcabədi, Qazax, Cəlilabad, Quba, Şamaxı filialları "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na əlavə edilib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR