Beş rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Beş rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
09:17 13 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakının dörd rayonunda, habelə Abşeron rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Milli.Az bildirir ki, bu barədə Report-a "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 315 mm-lik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yanvarın 13-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi, Xətai, Nərimanov, Xəzər və Abşeron rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR