Düşmən mövqelərinə 126 atəş zərbəsi endirilib

Düşmən mövqelərinə 126 atəş zərbəsi endirilib
09:23 13 Yanvar 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar, Noyemberyan rayonunun Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2479640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR