​Pakistanda baş verən partlayışda 15 nəfər ölüb

​Pakistanda baş verən partlayışda 15 nəfər ölüb
09:42 13 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı.13 yanvar. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 15 nəfər həlak olub. 
"Report" xəbər verir ki, bu haqda yerli "Samaa TV" telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış Poliomielitdən Müalicə Mərkəzinin yaxınlığında, əhali vaksinasiya olunan zaman baş verib.
Ölənlərin 12-si polis əməkdaşıdır. Azı 10 nəfər yaralanıb. Xəsarət alanlar arasında mərkəzin əməkdaşları da var. 
Partlayışın baş vermə səbəbi məlum deyil. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/pakistanda-bas-veren-partlayisda-15-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR