Manat bahalaşdı

Manat bahalaşdı
09:56 13 Yanvar 2016
748 Ölkə
Ölkə mətbuatı
A- A+

13 yanvar 2016 məzənnə - Dollar bir günlük sabitlikdən sonra yenidən bahalaşıb. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın məzənnəsi cüzi də olsa möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankı 13.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5682 manat olub. Ötən gün bu rəqəm 1.5685 səviyyəsində idi.

Azalma Avropanın vahid valyutası olan avro və Rusiya rublunda da hiss edilir. Belə ki, avro 1,6980 manata düşüb. Avro dünən 1.7069 manat idi.

Manata nəzərən Rusiya rublunun məzənnəsi isə 0,0203 manat səviyyəsində qərarlaşıb.



AMB-nın 12 yanvar tarixinə olan rəsmi məzənnəsi


Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR