“Sumqayıt” Azərbaycanın U-19 komandası ilə yoxlama oyunu keçirəcək

“Sumqayıt” Azərbaycanın U-19 komandası ilə yoxlama oyunu keçirəcək
10:03 13 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Əsas komanda ilə yanaşı “Sumqayıt” futbol klubunun əvəzediciləri də çempionatın III dövrəsi üçün hazırlığa start veriblər.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Rövşən Babayevin rəhbərlik etdiyi komanda artıq 3 gündür təlim-məşq toplanışını davam etdirir. Hazırda heyətdə akademiyadan dəvət olunmuş bir neçə futbolçu da yer almaqdadır.
Əvəzedici komanda hazırlıq mərhələsi çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Artıq ilk rəqib də məlumdur. Belə ki, əvəzedicilər yanvarın 14-də "Dalğa Arena"da 19 yaşadək futbolçulardan ibarət milli komandamızla yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma saat 15:30-da başlayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR