Pakistanda müalicə mərkəzi partladıldı, 15 nəfər öldü

Pakistanda müalicə mərkəzi partladıldı, 15 nəfər öldü
10:12 13 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 15 nəfər həlak olub. 

Milli.Az Report-a istinadən bildirir ki, bu haqda yerli "Samaa TV" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış Poliomielitdən Müalicə Mərkəzinin yaxınlığında, əhali vaksinasiya olunan zaman baş verib.

Ölənlərin 12-si polis əməkdaşıdır. Azı 10 nəfər yaralanıb. Xəsarət alanlar arasında mərkəzin əməkdaşları da var. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR