Avropada həll olunmamış münaqişələrin məsələsi Münhen Təhlükəsizlik Konfransında müzakirə olunacaq

Avropada həll olunmamış münaqişələrin məsələsi Münhen Təhlükəsizlik Konfransında müzakirə olunacaq
10:37 13 Yanvar 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ 51-cu Münhen Təhlükəsizlik Konfransının tarixi açıqlanıb. "Report"un məlumatına görə, konfrans fevralın 6-8-də keçiriləcək.
Bu il tədbirdə müzakirə olunacaq məsələlər isə miqrant böhranı, terrorizmə qarşı mübarizə, Ukrayna münaqişəsi, Avropada təhlükəsizlik və həll olunmamış münaqişələr və s. olacaq.
Konfransda bir sıra dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər siyasətçilər iştirak edəcək.
Konfransın proqramına əsasən, tədbirdə NATO-nun baş katibi Yens Stoltenberqin, Avropa Parlamentinin sədri Martin Şultsun, Azərbaycan Prezidenti İlham Əliyevin, Ukrayna prezidenti Pyotr Poroşenkonun, Litva prezidenti Dalya Qribauskaytenin, Bolqarıstan prezidenti Rosen Plevneliyevin, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin və Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxış edəcəyi gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR