Qənirə Paşayeva Tailand parlamentinin üzvləri ilə görüşüb

Qənirə Paşayeva Tailand parlamentinin üzvləri ilə görüşüb
10:49 13 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili  Qənirə Paşayeva Tailandda Muk Sulaiman, Nattaya Benjasirivan, Farida Sulaiman da daxil olmaqla 10  millət vəkili, komitə sədri  ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı millət vəkili onlara Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, Azərbaycan-Tailand münasibətləri ilə  yanaşı, Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə də bağlı geniş məlumatlar verib.

 

Q. Paşayeva Tailandda Azərbaycan həqiqətlərinin daha geniş dəstəklənməsinə böyük ehtiyac olduğunu qeyd edib.  

 

Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Tailand Parlamentlərarası Dostluq Qrupu barədə də məlumatlar verən Q. Paşayeva Tailand millət vəkillərini  hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları  Azərbaycana dəvət edib.  

 

Azərbaycanı yaxından tanımaqda və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Tailand millət vəkilləri Q. Paşayevadan Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, azərbaycanlı məcburi köçkünlərlə bağlı daha geniş məlumatlar istəyib və fikir mübadiləsi aparılıb. Tailand millət vəkilləri Azərbaycanla parlamentlərarası əməkdaşlığın inkişafı üçün səylərini artıracaqlarını deyiblər. 

 

Görüşün sonunda Qənirə Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən İngilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” film kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları və tanınmış modelyer Gülnarə  Xəlilovanın Azərbaycan mədəniyyətini özündə əks  etdirən əl işləri  Tailand millət vəkillərinə hədiyyə olunub.

 






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR