Rövnəq Abdullayev Gürcüstana getdi

Rövnəq Abdullayev Gürcüstana getdi
10:51 13 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

SOCAR rəhbəri Rövnəq Abdullayev Gürcüstana səfərə gedib.

Bu barədə ANS PRESS-ə “SOCAR-Georgia” şirkətindən məlumat verilib. Məlumata görə, hələ ki, müzakirələr başlamayıb.

Ötən gün Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirmişdi ki, Rövnəq Abdullayevlə qaz qiymətlərini müzakirə edəcək.

Kaladze SOCAR -dan “mavi yancağ”ın qiymətini aşağı salmasını istəyir.

“Mən qiymət açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, “Qazprom”un təklif etdiyi qaz Azərbaycandan idxal olunandan daha ucuzdur. Biz “Qazprom”un qiymətlərini SOCAR-la müzakirə edəcəyir”,-deyə Kaladze bildirib.


Kaxa Kaladze - Gürcüstanın energetika naziri


Gürcüstan hazırda İran və Rusiyadan qaz idxal etmək istəyir. Hökümətin ötən il İran və Rusiya ilə ilk gizli qaz danışıqları üzə çıxmışdı. Amma həmin vaxt heç bir tərəflə razılaşma əldə olunmamışdı.

Hazırda isə Gücüstanın qaz bazarında ən böyük pay SOCAR-a məxsusdur. Əgər Rusiya və ya İran Gürcüstanın qaz bazarına daxil olarsa, SOCAR-ın payı azala bilər. Bu isə Azərbaycanın iqtisadi hədəflərinə uyğun gəlmir.

Gürcü xalqı və müxalif siyasi partiyalarda Rusiyadan qaz ixracına etiraz edirlər. Onlar qaz ixracından Rusiyanın nə vaxtsa öz siyasi məqsədləri üçün istifadə edə biləcəyini düşünürlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR