Polis 12 yaşlı qızı güllələdi

Polis 12 yaşlı qızı güllələdi
10:57 13 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Amerikanın Pensilvaniya ştatında 12 yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, polis Klark Stil evlərdən birinə gələrək onun sahibinə məhkəmə qərarı ilə evdən köçürüləcəyi ilə bağlı bildiriş təqdim edib.

Ev sahibi isə polisi əlində silah qarşılayıb. Bundan qorxuya düşən Klark Stil atəş açmaq qərarına gəlib.  

Lakin təsadüf nəticəsində güllə silahlı şəxsin əlinə toxunaraq onun arxasında dayanan qızına dəyib.  

12 yaşlı qız güllə yarasından yerindəcə keçirib, onun atası isə xəstəxanaya yerləşdirilib.    

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR