Türkiyədə imamın 69 yaşlı mərhum haqda: "Vaxtı çatmışdı", - deməsi yasa gələnləri əsəbləşdirib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, imamın cənazə namazı qılınmazdan əvvəl mərhum haqda: "75 yaşı var idi, onsuz da vaxtı çatmışdı", - deməsi onun ailəsi tərəfindən hay-küyə səbəb olub. Bunu görən imam tez səhvini düzəldərək: "Səhv bildim, bağışlayın, çox da gənc imiş. Haqqınızı halal edin", - deyib.
Mərhum namazdan sonra torpağa tapşırılıb.
Milli.Az