Ötən il sanitar normaları pozan 137 obyekt bağlanıb

Ötən il sanitar normaları pozan 137 obyekt bağlanıb
11:09 13 Yanvar 2016
21 Sosial
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Səhiyyə Nazirliyi tərəfindən sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 603 müəssisənin sahibi inzibati qaydada cərimələnib. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, ötən il 137 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib: “Eyni zamanda 84 nəfər işdən müvəqqəti kənarlaşdırılıb”.

 

Bildirilib ki, ötən il fiziki və kimyəvi 2512, mikrobioloji 2278, radioloji göstəricilərinə görə isə 368 yeyinti məhsulundan nümunə götürülüb: “Nümunələrin 22-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub”.

 

Qeyd olunub ki, 2015-ci ildə şadlıq evləri və restoranlardan 7561 yaxma nümunəsi götürülüb: “Onlardan 57-də bağırsaq qrup bakteriyası aşkarlanıb. Müayinə olunmuş 63 soyuq qəlyanaltı nümunəsindən normadan kənara çıxma aşkarlanmayıb”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228475

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR