ATƏT-in nümayəndələri Tərtər rayonundakı qoşunların təmas xəttində monitorinq keçirəcəklər

ATƏT-in nümayəndələri Tərtər rayonundakı qoşunların təmas xəttində monitorinq keçirəcəklər
11:13 13 Yanvar 2016
9 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle nəzarət edəcəklər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ATAT_in_numayendeleri_Terter_rayonundaki_qosunlarin_temas_xettinde_monitorinq_kechirecekler-917986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR