Amerikalı ekoloqlar VOLKSWAGEN konserninin planını rədd ediblər

Amerikalı ekoloqlar VOLKSWAGEN konserninin planını rədd ediblər
11:18 13 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 13 yanvar, AZƏRTAC
Kaliforniyanın Atmosfer Resursları Şurası (CARB) Almaniyanın VOLKSWAGEN şirkətinin “dizel qalmaqalı”nda adı hallanan avtomobillərin geri çağırılması barədə təklifini rədd edib. CARB Şurasının bəyanatında qeyd edilir ki, noyabr ayında təqdim edilmiş plan “bütövlükdə bu avtomobillərin hərəkət hissələrinin keyfiyyətinə, atmosferə buraxılan tullantılara və təhlükəsizliyə ümumi təsir göstərmək üçün” kifayət deyildir. Sənəddə göstərilir ki, VOLKSWAGEN şirkətinin təklifində “texniki qiymətləndirmə üçün kifayət qədər informasiya yoxdur”.
Amerikanın Ətraf Mühitin Müdafiəsi Agentliyi (EPA) də CARB-ın fikrinə şərik olduğunu bildirib. Agentlikdə hesab edirlər ki, VOLKSWAGEN avtomobillərinin mühərriklərini tullantılara dair Amerika standartı səviyyəsinə çatdırmaq üçün təklif edilmiş plan “razılaşdırıla bilməz”. Frans-Press agentliyinin məlumatına görə, VOLKSWAGEN şirkətinin idarə heyətinin sədri, hazırda ABŞ-da olan Mattias Müller yanvarın 13-də Vaşinqtonda EPA agentliyinin rəhbəri Cina Makkarti ilə görüşəcək. Müller Detroytda keçirilən avtomobil sərgisində jurnalistlərlə söhbətində bildirib ki, həmin görüş çərçivəsində Makkartiyə bu böhranın aradan qaldırılmasına yönəlmiş “ağlabatan texniki qərarlar” təqdim etmək niyyətindədir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amerikali_ekoloqlar_VOLKSWAGEN_konserninin_planini_redd_edibler-917989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR