Ata-ananın pis vərdişi 3 uşağı öldürdü

Ata-ananın pis vərdişi 3 uşağı öldürdü
11:22 13 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ulan-Ude şəhərində baş verən yanğın nəticəsində 3 uşaq ölüb. APA-nın "lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Buryatiya Muxtar Respublikasının İstintaq Komitəsi məlumat yayıb. Yanğının gecə saatlarında başladığı bildirilir.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, qadın uşaqlarını yatırdıqdan sonra digər oğluna dərslərində kömək etmək məqsədilə qonşuluqdakı evə keçib. Təxminən yarım saat sonra qadın evdən tüstü gəldiyini görüb. O, qohumları ilə birlikdə yanğını söndürməyə çalışıb. Yanğın söndürüldükdən sonra içəridəki uşaqların öldüyü məlum olub. Hadisəyə valideynlərin siqaret çəkərkən ehtiyatsızlığa yol verməsinin səbəb olduğu ehtimal edilir. Belə ki, yaşayış yerinə baxış keçirilərkən hər tərəfdən siqaret qalıqları və kül aşkarlanıb. Yaxın qohumlar da valideynlərin mütəmadi siqaret çəkdiklərini təsdiqləyiblər.
 
Hadisənin təfərrüatlarının aydınlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR