Məşhur cütlük 7-ci uşağı istəyir

Məşhur cütlük 7-ci uşağı istəyir
11:26 13 Yanvar 2016
62 Şou
Ölkə mətbuatı
A- A+

Ancelina Coli yeddinci uşağı övladlığa götürmək qərarına gəlib.

ANS PRESS-in məlumatına görə, bu barədə xarici saytlar xəbər yayıb. Xəbərlərdə deyilir ki, Bred Pit və Ancelina Colinin ailəsində artım gözlənilir. Cütlüklər hal-hazırda Kambocadan olan Alloui Şauna adlı dördüncü oğlan uşağını övladlığa götürmək üçün sənədlərin hazırlanması ilə məşğuldurlar.

Məşhur aktrisa Allouinin ailəsi ilə Kombocaya "Əvvəlcə onlar mənim atamı öldürüblər: Kambocalı qızın xatirələri" adlı dramı çəkməyə gələrkən tanış olub. Əvvəlcə ailə başçısı Mansareta ilə tanış olan Coli, öyrənib ki, ailənin 13 uşağı var və çox kasıbdırlar. Belə ki, nə Mansareta, nə də onun həyat yoldaşı işləyə bilmir. Onların xəstə olması və balaca vaqonda yaşaması aktrisanı çox kövrəldib. Ailəyə yalnız Allouinin böyük bacısı, 16 yaşlı Leyda çörək pulu gətirir. Qız məcburən təhsili saxlayaraq, ailəsinə baxmalı olub.


Kamboca

Ailənin vəziyyətini görən Ancelina Coli bundan sonra onlara kömək etmək qərarına gəlib və uşaqlardan birini oğulluğa götürməyi planlaşdırıb. Hal-hazırda Bred Pit və onun həyat yoldaşı ailəyə maddi yardım edir, onlara ərzaq və geyim alıblar. Sənədlər hazır olduqdan sonra isə onlar Allouini öz evlərinə gətirməyi düşünürlər.

Bu, cütlüyün övladlığa götürəcəkləri ilk uşaq deyil. Bred Pit və Ancelina Colinin 6 övladı var, onlardan yalnız 3-ü doğmadır, 3-ü isə övladlıqdır.



Ancelina Coli - ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi, BMT–nin xoşməramlı səfiridir. O, 4 iyun 1975–ci ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Uşaqlıqdan kinoya böyük marağı olan Coli, əvvəllər model kimi işləyib, daha sonra aktyorluq sənətinə qayıdan aktrisa, "Hakerlər" filmi ilə ilk uğurunu qazanır. Bred Pit ilə 2005-ci ildə ailə qurub.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369526

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR