İlham Əliyev yeni sərəncam imzaladı - YENİ TƏYİNATLAR

Məmməd Əhmədzadə, Murad Nəcəfbəyli və Nərgiz Qurbanova yeni vəzifələrə təyin olundular.

Azərbaycan Prezidenti İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, dövlət başçısının digər sərəncamları ilə Murad Nizami oğlu Nəcəfbəyli ölkəmizin Estoniyadakı, Nərgiz Akif qızı Qurbanova isə Azərbaycanın Bolqarıstandakı səfiri təyin edilib.

Dövlət başçısının sərəncamına əsasən, N. Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR