Metroda 30 yaşlı gənc özünü qatarın altına atıb

Metroda 30 yaşlı gənc özünü qatarın altına atıb
11:52 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Bakı metrosunda 30 yaşlı gənc oğlan intihar edib. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayevin "Report"a verdiyi məlumata görə, hadisə metronun "Əhmədli" stansiyasında baş verib.
"Olay saat 11:08 radələrində "Əhmədli" metrosunda olub. 30 yaşlı oğlan qatar tuneldən platformaya daxil olarkən özünü relslərin üstünə atıb. Hadisə yerinə dərhal təcili-tibbi yardım çağırılıb. Sərnişinin meyti relslərin üzərindən götürülərək aidiyyəti üzrə təhvil verilib". 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/metroda-30-yasli-genc-ozunu-qatarin-altina-atib-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR