Türkiyədə terrorçuluqda şübhəli bilinən 3 Rusiya vətəndaşı saxlanıldı

Türkiyədə terrorçuluqda şübhəli bilinən 3 Rusiya vətəndaşı saxlanıldı
11:52 13 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində keçirilən antiterror əməliyyatı zamanı Rusiyanın 3 vətəndaşı terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinərək tutulub.

Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, yanvarın 12-də İstanbulda törədilən terrordan sonra yerli təhlükəsizlik orqanları Antalyada antiterror əməliyyatı keçirib. 

İŞİD-lə əlaqədə şübhəli bilinən 3 nəfərin qaldığı yerdə xüsusi təyinatlı polis dəstəsinin axtarışı nəticəsində bu qruplaşmaya aid sənəd və "CD" aşkar edilərək götürülüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR