Bakı sakini aptek işçisini soydu, sürücünü bıçaqla hədələdi

Bakı sakini aptek işçisini soydu, sürücünü bıçaqla hədələdi
12:12 13 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda aptekə daxil olan şəxs orada işçinin əlindəki pulu alaraq qaçıb. Milli.Az bildirir ki, bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Ə.Naxçıvani küçəsində yerləşən aptekə daxil olan naməlum şəxs orada işləyən Bakı şəhər sakin Murad Hüseynovun əlindən 110 manatını alıb qaçaraq yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Rəşad Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobilə əyləşib və onu da bıçaqla hədələyərək avtomobili sürməyi tələb edib. Daha sonra Azadlıq prospektində maşından düşərək qaçıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) və 5-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sübhan Quliyev tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR