​Türkiyə AIIB-ə üzvlüyü rəsmən qəbul edib

12:12 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Administrasiyanın şərhində deyilir ki, Türkiyə Çinin liderlik elədiyi AIIB-ə üzv olmağı təsdiq edib.
Qeyd edək ki, 2015-ci ilin aprelində Çinin maliyyə naziri Türkiyənin AIIB-ə üzv olmaq üçün müraciət etdiyini açıqlayıb.
Əlavə edək ki, kreditlərlə bağlı son qərarın AIIB-in İdarə Heyəti və Direktorlar Şurasının yanvarın 16-18-də keçiriləcək iclasında veriləcək və Çinin prezidenti və baş nazirinin tədbirdə iştirakı gözlənilir.
Xatırladaq ki, iyunun 29-da 57 ölkə Pekində AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycanın Bankda iştirak payı isə 0,25% (245,1 mln. dollar) təşkil edir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/turkiye-aiib-e-uzvluyu-resmen-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR