Naxçıvanda qanunsuz 10 fərdi yaşayış evi, 341 yardımçı tikili söküləcək

Naxçıvanda qanunsuz 10 fərdi yaşayış evi, 341 yardımçı tikili söküləcək
12:12 13 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvanda 2015-ci ildə aparılan yoxlamalar zamanı Muxtar Respublikanın şəhər və rayonlarında torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına da rast gəlinib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Muxtar Respublika üzrə 713 vətəndaşın 46,5 hektar torpaq sahəsindən qanunsuz istifadə etdiyi aşkarlanıb, 10 qanunsuz fərdi yaşayış evi, 341 qanunsuz yardımçı tikili qeydə alınıb. Aşkarlanmış faktlar aktlaşdırılaraq torpaqların əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıqlar edilib. Hazırda torpaqlardan istifadəyə dövlət nəzarətinin artırılması istiqamətində işlər davam etdirilir.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR