“Mən və Mən” tamaşası yenidən səhnədə

“Mən və Mən” tamaşası yenidən səhnədə
12:13 13 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 23-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yazıçı-dramaturq C.Dadaşovun “Mən və Mən” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa teatrın aktyoru Ceyhun Dadaşovun quruluşunda təqdim ediləcək. Səhnə əsərinin əsas mövzusu insanlıq, mərhəmət və humanizmdir.
Bir hissəli tamaşanın bədii rəhbəri Xalq Artisti Bəxtiyar Xanızadə, musiqi tərtibatçısı Əməkdar Artist Elman Rəfiyevdir.
Qeyd edək ki, tamaşanın premyerası 2010-cu ildə baş tutub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Men_ve_Men_tamasasi_yeniden_sehnede-918010

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR