"Barselona" möcüzəyə imkan verəcəkmi?

"Barselona" möcüzəyə imkan verəcəkmi?
12:17 13 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, növbəti mərhələyə adlayan iki komandanın adı artıq bəllidir.

Sequnda təmsilçisi "Mirandes"lə səfərdə qollu bərabərə qalan "Deportivo" gözlənilmədən öz meydanında böyük hesabla məğlub olaraq, mübarizəni dayandırıb.
 
"Sevilya" isə səfərdə olduğu kimi, doğma arenasında da "Betis"ə asanlıqla qalib gəlib. Bununla həm "Sevilya", həm də "Mirandes" 1/4 finala vəsiqə əldə edib.
 
Bu gün daha 4 görüş keçiriləcək. Kubokun son sahibi "Barselona" derbidə "Espanyol"un qonağı olacaq. "Nou Kamp"da 3 top fərqi ilə uduzan "Espanyol"un güclü rəqibindən bunun əvəzini çıxması inandırıcı görünmür.
 
İddialı komandalardan "Selta" da 1/4 final məsələsini böyük ölçüdə həll edib. Viqolular səfərdə asan qalib gəldiyi "Kadiz"ə evdə də heç bir şans vermək niyyətində deyil.
 
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Eybar" "Las Palmas"la səfərdə üz-üzə gələcək. Öz meydanında məğlub olan "Eybar" mübarizəni davam etdirmək üçün bunun əvəzini çıxmalıdır.
 
Kral Kubokunun son finalçısı "Atletik" öz meydanında 1 top fərqi ilə məğlub etdiyi "Vilyareal"la bu dəfə səfərdə münasibətlərini aydınlaşdıracaq.
 
Sabah keçiriləcək daha 2 oyunla 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək. "Qranada"nın qonağı olacaq "Valensiya"nın növbəti mərhələyə adlamaması möcüzə olar. Çünki "yarasalar" ilk görüşdə rəqibi darmadağın ediblər.
 
"Rayo Valyekano" ilə səfərdə qollu heç-heçə edən "Atletiko" isə bu dəfə rəqibini evdə qəbul edəcək.
 
 
İspaniya Kral Kuboku
Cavab oyunları
 
12 yanvar
 
"Deportivo" - "Mirandes" - 0:3

Qollar: Provensio, 41, 71, Bastidas, 55
İlk oyun - 1:1
 
"Sevilya" - "Betis" - 4:0
Qollar: Reyes, 4, Rami, 35, Qameyro, 73, Kakuta, 89
İlk oyun - 2:0
 
13 yanvar
 
23:30. "Selta" - "Kadiz"

İlk oyun 3:0
 
23:30. "Vilyareal" - "Atletik"
İlk oyun 2:3
 
00:00. "Espanyol" - "Barselona"
İlk oyun 1:4
 
00:00. "Las Palmas" - "Eybar"
İlk oyun 3:2
 
14 yanvar
 
23:00. "Qranada" - "Valensiya"

İlk oyun 0:4
 
23:30. "Atletiko" - "Rayo Valyekano"
İlk oyun 1:1

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR