Pensilvaniya polisinin atdığı güllə təsadüfən 12 yaşındakı qızı öldürüb

Pensilvaniya polisinin atdığı güllə təsadüfən 12 yaşındakı qızı öldürüb
12:18 13 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
ABŞ-ın Pensilvaniya ştatının Harrisberq şəhərinin ətraf rayonunda polis əməkdaşının atdığı güllə təsadüfən 12 yaşındakı qıza dəyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Klark Stili ona avtomatik tüfəng tuşlayan Donald Meyerə atəş açaraq onu əlindən yaralayıb. Kişinin əlini dəlib keçən güllə hərəkətini davam etdirərək daha sonra onun qızına dəyib. Hadisədən bir müddət sonra qız aldığı yaradan ölüb. Barəsində polisə hücum ittihamı irəli sürülən qızın atasının yarası isə həyat üçün təhlükəli deyil.
Polis Klark Stili insident baş verən evə Meyerin əmlakını müsadirə etmək barədə məhkəmə qərarının icrasına kömək etmək məqsədilə gəlibmiş. Hələ ki, qanun keşikçisinin ittiham olunub-olunmayacağı məlum deyil. İnsidentlə bağlı təhqiqat başlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR