Bakı sakinini qısqanclıq üstündə bıçaqlayan şəxsə 10 il həbs cəzası verilib

12:22 13 Yanvar 2016
12 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayının 11-də Binə qəsəbəsi Bünyadzadə küçəsində baş verib. 1981-ci il təvəllüdlü Maarif Babayev qəsəbə sakini 1980-ci il təvəllüdlü Rauf Razayevi qısqanclıq zəminində bıçaqlayıb. Belə ki, o, qeyri-rəsmi nikahda yaşadığı qadını R.Razayevlə görüb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayev tutulub.
O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq), 185.3.3-cü (avtomobil və başqa nəqliyyat vasitələrini talama məqsədi olmadan ələ keçirmə), 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR