“Azəriqaz” keçən il əhali sektoru üzrə 104 mindən çox yeni abonent qeydə alıb

12:23 13 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
2015-ci ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 21 min 651 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 min 498-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 17 min 153-ü isə regionların payına düşüb. Ümumiyyətlə, ötən il əhali sektoru üzrə 104 min 309 yeni abonent qeydiyyata alınıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstəricinin də 32 min 773-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 71 min 536-sı isə regionlar üzrə olub. Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 835 min 173-ə çatıb.
Ötən ilin dekabrında əhali sektoru üzrə 387 milyon 851 min 278 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 92,7 faiz təşkil edib. 2016-cı il yanvarın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 126 min 554 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin edilib. Bundan əlavə, 341 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azeriqaz_kechen_il_ehali_sektoru_uzre_104_minden_chox_yeni_abonent_qeyde_alib-918014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR