“Çilov” yatağındakı 123 nömrəli stasionar dəniz özülü əsaslı təmir edilib

“Çilov” yatağındakı 123 nömrəli stasionar dəniz özülü əsaslı təmir edilib
12:28 13 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
“28 May” adına neft və qazçıxarma idarəsinin istismar etdiyi “Çilov” yatağındakı 123 nömrəli stasionar dəniz özülü əsaslı təmir edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, özüldəki hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyalar yeniləri ilə əvəz olunub, 16 ədəd svay vurulub. Bundan başqa, 48 ədəd svaylararası şaquli və üfüqi rabitələr, bir minik və bir yanalma meydançası, iki ədəd metal lövhə və 300 metr uzunluğunda metal məhəccər quraşdırılıb, 310 metr uzunluğunda yanğından mühafizə üçün su xətti çəkilib, platformanın 500 kvadratmetrlik metal döşəməsi təmir edilib.
2014-cü ilin aprelindən başlanılmış təmir işləri “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHilov_yatagindaki_123_nomreli_stasionar_deniz_ozulu_esasli_temir_edilib-918015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR