Türkiyədəki 3 rus İŞİD-çı tutuldu

Türkiyədəki 3 rus İŞİD-çı tutuldu
12:41 13 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə İstanbulda dünən törədilən terror aktında şübhəli bilinən üç Rusiya vətəndaşı saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Reuters" məlumat verir. Saxlanılan 3 rusiyalı İŞİD terror təşkilatı ilə əladə şübhəli bilinir. Ruslar Türkiyənin Antalya şəhərində həbs olunublar. Onların üzərindən sənədlər və disklər götürülüb.

Ötən gün səhər saat 10 radələrində (Azərbaycan vaxtı ilə 12) İstanbul şəhərindəki Sultan Əhməd Meydanında partlayış baş verib. Partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Adıçəkilən ərazi turistlərin ən çox toplaşdığı yerlərdən biri olub. Ölənlər alman turistlər olublar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da baş verən hadisə ilə bağlı açıqlama verib. O, prezident sarayında keçirilən səfirlər konfransında partlayışı Suriya əsilli kamikadzenin törətdiyini deyib.


Terroru törətməkdə şübhəli bilinən Nabil Fadli


Hadisə yerindən ilk görüntülər


Həmiçinin oxunun:
Partlayışda ölənlər arasında azərbaycanlılar yoxdur (YENİLƏNİB)
İstanbulda terror, 10 ölü (YENİLƏNİB, VİDEO)



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR